MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrına “Sehrli səslər” gələcək
Bakı, 3 may, AZƏRTAC
Mayın 4-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Sehrli səslər” (“Magical sounds”) musiqi və rəqs festivalı keçiriləcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, festival Əməkdar Artist Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” estrada və folklor rəqs ansamblının təşkilatçılığı ilə baş tutacaq.
Festivalda Azərbaycanın “Azəri inciləri”, Gürcüstanın “Basti Bubu” rəqs və musiqi kollektivləri iştirak edəcək.
Təhsil Nazirliyi, Uşaq Yaradıcılıq Mərkəzi və Quba Uşaq Yaradıcılıq Mərkəzinin dəstəyi ilə gerçəkləşəcək festivalın fəxri qonaqları Əməkdar Artist Manana Çaparidze və Gürcüstandan gənc musiqiçi Elizabet Qabeçava olacaq.
Məlumat üçün bildirək ki, “Cəngi” estrada və folklor rəqs ansamblını mərhum sənətkar Rafiq Babayev yaradıb. Siyavuş Kərimi, Səkinə İsmayılova, Brilyant Dadaşova, Firəngiz Rəhimbəyova həmin dövrdə bu ansamblın solistləri olub. 2002-ci ildən isə bu kollektivə tarzən, Əməkdar Artist Mircavad Cəfərov rəhbərlik edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]