MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrında “Aycan” tamaşasının premyerası olub

A+ A

Bakı, 17 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tanınmış şair və dramaturq Xanımana Əlibəylinin “Aycan” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası baş tutub.

AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı Olqa Şabanova, bəstəkarı Rüfət Ramazanov, rejissor assistenti Anar Seyfullayevdir.

Yeni səhnə əsərində rəqslərin quruluşu Yelena Volkovaya məxsusdur. Rolları teatrın gənc və istedadlı aktyorları Asya Atakişiyeva, İradə Rəşidova, Simuzər Ağakişiyeva, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Könül Əbilova, Gülbəniz Mustafayeva, Anar Seyfullayev və başqaları ifa ediblər.

Məlumat üçün bildirək ki, “Aycan” tamaşası ilk dəfə Gənc Tamaşaçılar Teatrında 70-ci illərdə səhnələşdirilib. Bundan başqa müəllifin “Dovşanın ad günü” əsəri əsasında hazırlanmış tamaşa cari ilin yanvar ayında ikinci dəfə hazırlanaraq teatrsevərlərə təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.