MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrında bir ayda 40 tamaşa
Bakı, 28 noyabr, AZƏRTAC
Gənc Tamaşaçılar Teatrının dekabr ayı üçün repertuarı açıqlanıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kollektiv dekabr ayında iki yeni tamaşanı təhvil verməklə bərabər, ümumilikdə ay ərzində məktəblilər və böyük tamaşaçılar üçün 40 adda müxtəlif janrlı tamaşalar nümayiş etdirəcək. Məktəblilərin qış tətilini də nəzərə alsaq, əminliklə demək olar ki, Gənc Tamaşaçılar Teatrı Yeni il münasibətilə nümayiş olunacaq tamaşa və əyləncəli proqramları ilə azyaşlı izləyicilərin sevincinə sevinc qatacaq.
Teatrın dekabr ayı üçün təsdiqlənmiş repertuarı aşağıdakı kimidir:
4 dekabr
İ.Əfəndiyev - “Sarıköynəklə Valehin nağılı”
5 dekabr
K.Ağabalayev - “Şahzadə Xəzərin nağılı”
Elçin - “Buzovna kəndinin əhvalatları”
6 dekabr
B.Marvin - “Yatmış gözəl”
Ə.Əmirli - “Mən səni sevirəm - MSS”
9 dekabr
M.F.Axundzadə - “Hekayəti Vəziri xani Lənkəran”
11 dekabr
Ə.Haqverdiyev - “Xortdanın cəhənnəm məktubları”
12 dekabr
Ərəb Xalq nağılı “Ələddinin sehrli çırağı”
U.Şekspir - “III Riçard” (saat 19.00)
13 dekabr
Azərbaycan Xalq nağılı - “Göyçək Fatma”
Ə.Haqverdiyev - “Pəri Cadu”su
16 dekabr
Dilsuz - “Əlincə qalası”
17 dekabr
S.Elsevər - “Arzu və Murad”
18 dekabr
Ə.Əmirli - “Hasarın o üzü”
19 dekabr
T.A.Hofman - “Şelkunçik”
U.Şekspir - “Romeo və Culyetta”
20 dekabr
H.K.Andersen - “Çirkin ördək balası”
İ.Əfəndiyev - “Məhv olmuş gündəliklər”
Tamaşalar uşaqlar üçün saat 10- 12-də, böyüklər üçün 19-00-da nümayiş olunacaq.