MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrında mövsümün yekunları müzakirə ediləcək və fərqlənənlər mükafatlandırılacaq

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

İyulun 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 88-ci teatr mövsümünün yekunlarına həsr olunmuş iclas keçiriləcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda mövsüm ərzində seçilən teatr əməkdaşları “Sima” teatr mükafatı ilə təltif olunacaqlar. Mükafat teatrın yaradıcı heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun yaradılması, bədii dəyəri ilə (mövzusu, quruluşu, tərtibatı, ifaçısı) fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, habelə mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin, ayrı-ayrı ifaçıların, mövsüm ərzində fəallığı ilə seçilən teatr əməkdaşlarının mükafatlandırılması məqsədilə təsis olunub. Ötən ildən fərqli olaraq bu il nominasiyalara bir qədər dəyişiklik edilib. Belə ki, bu ilki mükafatlar “ən yaxşı tamaşa”, “mövsümün ən yaxşı xarakterik obraz ifaçısı”, “mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı”, “mövsümün ən uğurlu baletmeysteri”, “mövsümün seçilən aktyoru” və digər nominasiyalar üzrə olmaqla 12 adda müəyyənləşdirilib. Artıq münsiflər heyəti gizli səsvermə yolu ilə nominantları müəyyənləşdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.