MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrında ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında müasir, müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub.

Teatrdan AZƏRTAC-a bildirilib ki, sənət ocağının direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov çıxış edərək Azərbaycanın hərtərəfli inkişafında əvəzsiz xidmətləri olan, dünya arenasında ölkəmizin tanınması istiqamətində mühüm işlər görən dahi şəxsiyyət və siyasi xadim Heydər Əliyevin siyasi fəaliyyətindən danışıb.

Vurğulanıb ki, hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanın rifahı, parlaq gələcəyi üçün əlindən gələni edən, bütün sahələrlə yanaşı, mədəniyyət və incəsənətə xüsusi diqqət və qayğı göstərən Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd olunub ki, son zamanlar ölkəmizdə keçirilən beynəlxalq tədbir və yarışlar bu uğurun bariz göstəricisidir.

Çıxışdan sonra teatrda yeni bir tamaşanın məşqlərinə start verilib. Conatan Sviftin “Qulliver Cırtdanlar ölkəsində” gənc və istedadlı rejissor Elşad Rəhimzadənin səhnələşdirdiyi eyniadlı tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ramiq Nəsirov, rəqslərin quruluşçusu Əməkdar Artist Sənan Hüseynli, rejissor assistenti Sona Mustafayevadır.

Yeni səhnə əsərində rolları Əməkdar artistlər Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Elşən Hacıbabayev, Müşfiq Əliyev, İlham Əsədov, Asya Atakişiyeva, Xəyalə Meydanova və başqaları canlandıracaq.

Səhnə əsərinin iyulun 15-də təhvil veriləcəyi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.