MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrında yaradıcı heyətin iclası keçirilib

A+ A

Bakı, 20 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin iclası keçirilib.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclas sənət ocağında artıq altı ildir fəaliyyət göstərən “rəy kitabı”nın müzakirəsinə həsr olunub. Teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov çıxış edərək bütün tamaşalarda izləyicilərin ixtiyarına verilən “rəy kitabı”nda yazılan fikir, təklif və iradlar haqqında danışıb.

Sənət ocağının rəhbəri deyib: “Əvvəlki rəylərlə bərabər, bu mövsümdə də kitabda yazılanların 98 faizi müsbət fikirlər, gələcəklə bağlı maraqlı təkliflər, yerli və xarici dramaturqların əsərlərinə müraciətlə bağlıdır. Tamaşaçılar səhnə əsərlərinə maraqla baxdıqlarını, çox böyük zövq aldıqlarını, gələcək tamaşaları səbirsizliklə gözlədiklərini qeyd edirlər. Bu kimi fikirlər təbii ki, bizi çox sevindirir və gələcək uğurlara stimul verir. Rəylər arasında bəzi nöqsanlar, iradlar da göstərilir ki, bu da normaldır. Çünki iş olan yerdə nöqsan da olur. Növbəti tamaşalarımızda izləyicilərimizin bizə göstərdikləri etimadı doğruldaraq göstərilən təklif və iradları aradan qaldırmağa çalışacağıq”.

Sonra maraq doğuran tamaşaçı rəyləri oxunub və fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.