MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrının aktrisası mükafatlandırılıb

Bakı, 16 iyun, AZƏRTAC

Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktrisası, Əməkdar Artist Kəmalə Hüseynova Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə mükafatlandırılıb.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu günlərdə 50 illik yubileyi tamam olan aktrisaya fəxri fərman kino və teatr sahəsində uğurlu fəaliyyətinə görə verilib.

Mükafatı aktrisaya teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.