MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrının aktyorları diploma layiq görülüb

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktyorları – Anar Seyfullayev və Elgün Yəhyayev diploma layiq görülüblər.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, diplom Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin təşkil etdiyi “Gənc həmkarlar ittifaqı lideri məktəbi” gənc işçilər üçün kompleks proqramı çərçivəsində təqdim edilib. Proqram çərçivəsində aktyorlarımız “Bizim sizə ehtiyacımız var” layihəsi əsasında “AHİK-də ictimai reklam” blokuna müraciət edərək reklam çarxı hazırlayıblar. Çəkilən reklam çarxı çox böyük maraqla qarşılanıb.

Məlumat üçün bildirək ki, “Gənc həmkarlar ittifaqı lideri məktəbi” kompleks proqramı cari ilin fevral ayından start götürərək bir neçə mərhələdən ibarət olub. Proqramın həyata keçirilməsində əsas məqsəd Həmkarlar İttifaqına üzvlüyün motivasiyasının yüksəldilməsi, həmkarlar ittifaqı təşkilatlarında gənclərin iş fəaliyyətinin canlandırılması, istedadlı gənclərin üzə çıxarılması və maraqlarının müdafiə edilməsidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.