MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrının aktyoru Moskvada oxuyacaq

Bakı, 22 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktyoru Vüsal Mehrəliyev Moskvada fəaliyyət göstərən Boris Şukin adına Teatr İnstitutuna daxil olub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bir neçə mərhələdən uğurla keçən aktyorumuz təhsil müəssisəsinin “teatr rejissorluğu” fakültəsinə qəbul edilib.

Bu təhsil ocağı həvəskar teatr studiyası kimi 1914-cu ildən fəaliyyətə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.