MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrının baş rejissoru beynəlxalq festivalda münsif olacaq

Bakı, 20 oktyabr, AZƏRTAC

Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov “Avrasiyanın ürəyi – Qazaxıstan” Mərkəzi Asiya ölkələrinin VI Beynəlxalq Teatr Festivalına dəvət alıb.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 23-dən 28-dək davam edəcək festivalda Bəhram Osmanov münsiflər heyətinin üzvü kimi iştirak edəcək.

Baş rejissorumuza dəvət Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi tərəfindən gəlib. Qazaxıstanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə həyata keçiriləcək festival Taldıkorqan şəhərində baş tutacaq.

Festival Azərbaycan və Qazaxıstan mədəni və teatr əlaqələrinin genişləndirilməsi istiqamətində də əhəmiyyətli mövqe daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.