MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrının baş rejissorunun növbəti uğuru

Bakı, 20 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov Rusiya Federasiyasının Kalmıkiya Respublikasından mükafatla qayıdıb.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, B.Basanqov adına Kalmık Milli Dram Teatrında nümayiş olunan tamaşa yazıçı-dramaturq Əli Əmirlinin qələmə aldığı pyes əsasında səhnələşdirilib. “Gözlə məni” adlı tamaşada sevgi, ümid, ayrılıq kimi hisslər yer alıb. Səhnə əsəri iki sevən qəlbin “tale dramı”ndan bəhs edir. Tamaşanın bəstəkarı Kalmıkiyanın Əməkdar İncəsənət Xadimi Arkadi Mandjiyev, rəssamı Yelena Varovadır.

Uğurlu tamaşa və səhnə həllinə görə baş rejissor iki medalla təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.