MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrının fəaliyyəti beynəlxalq jurnalda
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının üzv olduğu Beynəlxalq “ASSİTEJ”in sentyabr ayı üçün növbəti xəbərlər bülleteninin elektron versiyası işıq üzü görüb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatrın 89-cu mövsümdəki yenilikləri, yeni mövsümdə həyata keçiriləcək layihələr və beynəlxalq teatr festivallarında iştirakı barədə məlumatlar “ASSİTEJ”in xəbərlər kitabında çap olunub.
Bülletendə, həmçinin yeni teatr mövsümünün açılışı, teatrın aktyorlarının Yunanıstana səfəri, II Beynəlxalq Martin “MakDonax” Festivalındakı iştirak, Kalmık Milli Dram Teatrının ölkəmizə qastrol səfəri, “Atspindys” XI Beynəlxalq monotamaşalar festivalı haqqında məlumatlar yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]