MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrının fiziki qüsurlu uşaqlar üçün təqdim etdiyi tamaşa maraqla qarşılanıb

Bakı, 9 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi məktəblilərin Yeni il tətili günlərində fiziki qüsurlu və valideyn himayəsindən məhrum olan uşaqlar üçün maraqlı tamaşa ilə çıxış edib.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gənc rejissor Elşad Rəhimzadənin quruluşunda Teodor Syuz Qeyzelin “Yeni ili oğurlayan Qrinç” kitabının motivləri əsasında səhnələşdirilən “Qrinç” (Yaşıl adam) adlı tamaşa balacalar tərəfindən maraqla qarşılanıb. Sənət ocağı bu dəfə də ənənəsinə sadiq qalaraq tamaşanı xeyriyyə məqsədilə təşkil edib. Tamaşada rolları aktyorlar Günel Məmmədova, Zümrüd Quliyeva, Ramil Məmmədov, Ceyhun Məmmədov, Eşqin Quliyev, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Asya Atakişiyeva, Səbinə Məmmədova və başqaları ifa ediblər. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rəqslərin quruluşçusu Yelena Volkova, rejissor assistenti isə Sevda Hacışəmiyevadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.