MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrının kollektivi bölgələrə səfər edəcək

Bakı, 6 iyun, AZƏRTAC

İyunun 13-dən 15-dək Gənc Tamaşaçılar Teatrının kollektivi bölgələrə səfər edəcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkə başçımızın imzaladığı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq reallaşdırılacaq səfər çərçivəsində teatrın repertuarında olan ən maraqlı tamaşalar təqdim ediləcək. Bu dəfə kollektiv Qəbələ, Oğuz və Balakən rayonlarında ölməz M.F.Axundzadənin “Sərgüzəşti vəziri Xani Lənkəran” tamaşası ilə yerli tamaşaçıları sevindirəcək.

Quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova olan səhnə əsərində rolları Əməkdar artistlər Leyli Vəliyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Şəbnəm Hüseynova, Məsumə Babayeva, Zülfiyyə Alhüseynova, Kərəm Hadızadə, Aydın Dəmirov, Elnur Hüseynov və Ramil Məmmədov canlandıracaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.