MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrının rəssamı müsabiqə qalibi olub

A+ A

Bakı, 15 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı rəssamı Telman Şıxıyev daha bir müsabiqədə iştirak edərək qalib olub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, T.Şıxıyev bu dəfə “British Council Azerbaijan”, Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilən böyük ingilis şairi və dramaturqu Uilyam Şekspirin anadan olmasının 450 illiyi şərəfinə elan edilən “Şekspir xalçası” müsabiqəsinin qalibi olub.

Ümumilikdə müsabiqəyə 60-dan çox iş təqdim edilib. Müsabiqəyə təqdim edilən xalça dizaynları Şekspirin pyeslərindəki səhnələri və əsərlərindəki motivləri təsvir etməklə yanaşı, həm də Azərbaycan ənənələrini əks etdirib. Ən yaxşı 15 iş və üç qalib seçilib. Qaliblərin rəsmləri əsasında üç xalça toxunacaq.

Münsiflər birinci yeri Telman Şıxıyevə verib. O, Viktoriya və Albert Muzeyinə və Şekspirin “Qlobus” teatrına getmək üçün Londona yola düşmək imkanı qazanıb.

Məlumat üçün bildirək ki, T.Şıxıyev 2016-cı ilin iyun ayında Bakıda keçirilən “Almaniya bir rəssamın gözü ilə” sərgisində 3-cü yerə layiq görülərək Almaniyaya 10 günlük səfər etmək imkanı əldə etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.