MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Vətənə mükafatla dönüb

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Rusiya Federasiyası Kalmıkiya Respublikasının B.Basanqov adına Milli Dram Teatrında qastrol səfərində olan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Vətənə mükafatlarla dönüb. Belə ki, teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə təşkil olunan mətbuat konfransında M.Həmidov təəssüratlarını bölüşüb. Bildirib ki, iki teatr arasında beş illik qarşılıqlı yaradıcılıq müqaviləsindən sonra artıq 5-ci dəfədir teatrların qastrol səfəri reallaşır. Ötən ay Kalmık teatrı şəhərimizin və teatrımızın qonağı olub, bu günlərdə də isə Gənc Tamaşaçılar Teatrı onların səhnəsində çıxış edib. Budəfəki qastrol səfəri digərlərindən fərqlənib. Belə ki, səfərimiz Kalmık teatrının 80 illik yubileyinə təsadüf edib. Yubiley çox maraqlı və təntənəli surətdə baş tutub.

Qastrolun bağlanış mərasimində Gənc Tamaşaçılar Teatrının bir sıra aktyorlar da mükafatlandırılıb. Əməkdar Artist Şövqi Hüseynov və aktyor İlham Əsədov Kalmıkiya Respublikasının Əməkdar Artisti fəxri adına, aktyor Elnur Kərimov “Stanislavski” medalına layiq görülüblər. Bundan başqa teatrın 10-a yaxın aktyoruna Kalmıkiya və Azərbaycan arasında “Mədəni əlaqələrin genişləndirilməsi və inkişafındakı” xidmətlərinə görə Kalmıkiyanın Mədəniyyət və Turizm Nazirliyinin və Teatr Xadimləri İttifaqının diplom və fəxri fərmanları təqdim edilib.

Sonra aktyorlar səfərlə bağlı təəssüratlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.