MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti beynəlxalq festivaldan mükafatla dönüb

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Rusiyanın Perm şəhərində keçirilən II Beynəlxalq Martin “MakDonax” Teatr Festivalında uğurla çıxış edib.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatrın yaradıcı kollektiv ikinci dəfə qatıldığı festivalda ölkəmizi “Lineynin trilogiyası”na daxil olan “Gözəllik kraliçası” tamaşası ilə təmsil edib.

Quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, rejissoru Ayla Haşımova, quruluşçu rəssamı Elizabet Kuk (Böyük Britaniya), rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov olan tamaşada rolları Əməkdar artistlər Şəfəq Əliyeva, Elşən Rüstəmov, aktyorlar Zülfiyyə Alhüseynova və Eşqin Quliyev canlandırıblar. Tamaşa festivalın xüsusi diplomuna layiq görülüb.

Festivalda ölkəmizlə yanaşı, Polşa, Moldova, Şotlandiya, Bosniya və Herseqovina, Rusiya, Çexiya, İran və digər ölkələrin teatr kollektivləri də iştirak ediblər.

Festival çərçivəsində teatrın yaradıcı heyəti, həm də münsiflər heyətinin rəhbərlik etdikləri ustad dərslərinə və treninqlərə qatılıb.

Daha sonra yaradıcı heyətə rəhbərlik edən teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov Beynəlxalq “ASSİTEJ”ə üzv olan iştirakçı ölkələrin “ASSİTEJ” rəhbərləri və Perm Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyi ilə də görüşüb, gələcək yaradıcılıq əlaqələri ilə bağlı müzakirələr aparıb.

Məlumat üçün bildirək ki, teatr iki il öncə sözügedən festivalda “Yalqız Qərb” tamaşası ilə çıxış edərək festival prezidentinin xüsusi prizinə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.