MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi qastrollara hazırlaşır

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu il dörd beynəlxalq teatr festivalında iştirak edəcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, yaradıcı kollektiv oktyabrda Rusiyanın Perm şəhərində keçiriləcək “MakDonax” II Beynəlxalq Martin Teatr Festivalında və Litvada keçiriləcək “Atspindys” XI Beynəlxalq Monotamaşalar Festivalında iştirak etmək üçün dəvət alıb.

Həmçinin, kollektiv cari ilin noyabrında Moldovanın paytaxtı Kişinyovda keçiriləcək “Moldfest.Rampa.Ru” VIII Beynəlxalq Teatr Festivalında, o cümlədən Kalmık Milli Dram Teatrında qastrol səfərlərində olacaq.

Sənət ocağı oktyabrın 2-dən 7-dək davam edəcək “MakDonax” II Beynəlxalq Martin Teatr Festivalında “Martin MakDonax”ın “Lineynin trilogiyası”na daxil olan “Gözəllik kraliçası” tamaşası ilə çıxış edəcək.

Kollektiv iki il əvvəl sözügedən festivalda “Yalqız Qərb” tamaşası ilə çıxış edərək festivalın xüsusi prizinə layiq görülüb.

Oktyabrın 11-dən 17-dək isə Vilnüs və Visaqinas (Litva) şəhərlərində baş tutacaq “Atspindys” XI Beynəlxalq Monotamaşalar Festivalında isə kollektiv S.Bekketin “Sözsüz” monotamaşası ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru İsa Əsədovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.