MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar teatrı növbəti qastrol səfərinə hazırlaşır

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 11-dən 17-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti qastrol səfərində olacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kollektiv Astana şəhərində keçirilən “Səhnədən salam” V Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edəcək. Festival Astana şəhərinin Qazaxıstanın paytaxtı elan olunmasının 19-cu ildönümünə həsr olunub.

Teatrın direktoru Mübariz Həmidovun rəhbərliyi ilə kollektiv festivalda Lars Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşasını təqdim edəcək.

Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, əsas obrazların ifaçıları Əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Rasim Cəfərov, aktrisalar Zümrüd Quliyeva və Səbinə Məmmədovadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.