İDMAN


Gənc ağır atletlərimiz dünya çempionatına yollanıblar

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 15-23-də Yaponiyanın paytaxtı Tokioda ağır atletika üzrə 43-cü kişilər və 23-cü qadınlar arasında gənclərin dünya çempionatı keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildirilib ki, yarışda yüzə yaxın ölkədən 306 atlet (125 qadın və 181 kişi) körpücük üzərinə çıxacaq. İştirakçılar arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Tokionun “Kishi Memorial Hall” Kompleksində keçiriləcək çempionatda 4 gənc atletimiz medal mübarizəsinə qoşulacaq. Turnirdə ölkəmizi Məhəmməd Məmmədli, Kənan Xəlilov (hər ikisi 62 kq), İsa Rüstəmov (69 kq) və Hüseyn İsmayılov (94 kq) təmsil edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.