MƏDƏNİYYƏT
Gənc aktyor London Film Akademiyasına qəbul olub
Bakı, 31 iyul, Ceyhun Alışov, AZƏRTAC
Azərbaycanlı gənc aktyor Cəfər Həsənov London MET Film Akademiyasının kino aktyorluğu fakültəsinə qəbul olub.
Bu barədə AZƏRTAC-a məlumat verən gənc aktyor bildirib ki, dünya film məktəbinin mərkəzi sayılan Böyük Britaniyada aktyorluq sənəti ilə yanaşı, kinorejissorluq sənətinin sirlərinə dərindən yiyələnib mədəniyyətimizin bu sahədəki inkişafına öz təcrübəsi ilə dəstək olmaq istəyir. Aktyorluq sənətinə hələ erkən yaşlarında həvəsi olan gənc, bir neçə qısametrajlı filmlərə də çəkilib. Rejissor Adil Azayın quruluş verdiyi Seyid Yəhya Bakuviyə həsr olunmuş “Xəlvətdə qalmış müdrik” qısametrajlı filmində mürid rolunda çıxış edən gənc aktyor “Edam məhkumunun son günü” adlı qısametrajlı filmin ssenarisini yazıb.
Qeyd edək ki, Cəfər Həsənov tanınmış aktyor Kamran Yunusun tələbəsidir.