ELM VƏ TƏHSİL
Gənc alim və mütəxəssislər Avropanın elmi mərkəzlərinə ezam olunacaq
Bakı, 27 sentyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin imzaladığı sərəncama əsasən, akademiyanın 17 gənc alim və mütəxəssisi doktorantura və elmi-tədqiqat işinə dair ixtisasartırma təhsili almaq üçün Avropanın elmi mərkəzlərinə ezam olunacaq.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, bu qərar “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, ezam olunacaq gənclər AMEA rəyasət heyəti tərəfindən keçirilən müsabiqə yolu ilə seçiliblər.
Ezamiyyətin müddəti və maliyələşdirmə imkanları AMEA və Təhsil Nazirliyi arasında imzalanmış müqaviləyə görə müəyyənləşdiriləcək.
Gənclər Avropanın bir çox ölkələri, o cümlədən Rusiya və Türkiyənin tanınmış universitet, elmi-tədqiqat mərkəzi, müəssisə və təşkilatlarında təhsil alacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]