MƏDƏNİYYƏT


Gənc balet artisti Timur Əsgərov Londonda qastrolda olacaq

Bakı, 23 iyul, AZƏRTAC

İyulun 24-dən avqustun 12-dək Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının balet truppası və simfonik orkestri London Kral Opera Teatrında qastrolda olacaq.

AZƏRTAC London Kral Opera Teatrının saytına istinadla xəbər verir ki, qastrol tamaşalarında aparıcı partiyaları balet artistləri Yekaterina Kondaurova, Nadejda Batoyeva, Yelena Yevseyeva, Anastasiya Matviyenko, Yekaterina Osmolkina, Renata Şakirova, Timur Əsgərov, Yevgeni İvançenko, Kimin Kim və başqaları ifa edəcəklər.

Timur Əsgərov qastrol müddətində “Don Kixot”, “Qu gölü”, “İnfra”, “Bayaderka” baletlərində çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.