MƏDƏNİYYƏT


Gənc balet artisti Timur Əsgərov “Park” baletində çıxış edəcək

Bakı, 8 iyun, AZƏRTAC

Gənc balet artisti Timur Əsgərov iyulun 16-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının “Mariya-2” səhnəsində “Park” baletində çıxış edəcək.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, balet “Bəyaz gecənin ulduzları” XXV musiqi festivalı çərçivəsində nümayiş olunacaq. V.Motsartın əsərləri əsasında xoreoqraf Anjelen Preljokajın quruluşunda hazırlanmış baletin dünya premyerası 1994-cü ildə Parisdə olub. Səhnə əsəri Mariya Teatrında ilk dəfə 2011-ci ildə oynanılıb.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan və Ukrayna Milli Opera və Balet teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.