İDMAN


Gənc cüdoçular Azərbaycan birinciliyində qüvvələrini sınayacaqlar

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC 

Oktyabrın 12-13-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində 23 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutacaq yarışda respublikamızın müxtəlif bölgələrindən 200-ə yaxın cüdoçu mübarizə aparacaq.

Yarışın keçirilməsində əsas məqsəd milli komandamız üçün gənc və perspektivli cüdoçuları müəyyənləşdirməkdir.

Qaliblərə diplom və medallar veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.