İDMAN


Gənc cüdoçular arasında açıq Bakı birinciliyinə yekun vurulub

Bakı, 31 may, AZƏRTAC 

“Sərhədçi” İdman Olimpiya Kompleksində 23 yaşadək gənclər arasında cüdo üzrə açıq Bakı birinciliyinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda 300-dən çox cüdoçu medallar uğrunda mübarizə aparıb.

Oğlanlar arasında müxtəlif çəki dərəcələrində qızıl medallara Əkbər Quliyev (73 kq), Orxan Quliyev (81 kq), Cavid Muradov (90 kq), Vasif Şərbətli (100 kq) və Vüsal Orucov (100 kq-dan yuxarı) sahib olublar.

İki gün davam edən paytaxt birinciliyində qalib idmançılar medal və diplomlarla mükafatlandırılıblar.

Fəxri kürsünün yüksək pilləsinə qalxan cüdoçulara mükafatları Azərbaycan Cüdo Federasiyasının rəsmiləri və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.