İDMAN


Gənc cüdoçularımız Çexiyada Avropa kuboku yarışında 13 medal qazanıblar

Bakı, 24 iyul, AZƏRTAC

Çexiyanın paytaxtı Praqada gənclərin cüdo üzrə Avropa kuboku yarışına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, mötəbər birinciliyin sonuncu günü də Azərbaycan cüdoçuları üçün uğurlu olub. Gənclərdən ibarət milli komandamız aktivinə daha 2 medal yazdırıb.

Turnirdə 100 kiloqram çəki dərəcəsində yarışan cüdoçularımız - Zelim Kotsoyev və Musa Şəkərəliyev bütün rəqiblərinə qalib gələrək finala yüksəliblər. Azərbaycan duelinin qalibi Zelim Kotsoyev olub.

Beləliklə, gənc cüdoçularımız Praqada 4 qızıl, 5 gümüş və 4 bürünc medal qazanıblar.

Qeyd edək ki, 27 ölkədən 308 (177 oğlan, 131 qız) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 20 cüdoçu (15 oğlan, 5 qız) ilə təmsil olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.