CƏMİYYƏT


Gənc diplomatlar üçün natiqlik təlimi keçirilib

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Gənclər Birliyinin təşkilati dəstəyi ilə “Gələcəyin gənc diplomatları üçün natiqlik təlimi” adlı layihənin növbəti təlimi keçirilib.

YAP-dan AZƏRTAC-a bildiriblər ki, təlim zamanı iştirakçılara səlis nitqin aşılanması, diplomatın düzgün danışıq və ünsiyyət qabiliyyəti, eləcə də diplomatik etiketlər, diplomatiyada protokol qaydalar və s. mövzularda mühazirə və müzakirələr aparılıb.

Nəzəri hissədən sonra praktik hissəyə keçid olunub. Burada artıq iştirakçılar arasında şərti olaraq, bir neçə şəxsin timsalında mühazirəyə uyğun tapşırıqlar həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.