CƏMİYYƏT


Gənc əlillərin əl işlərindən ibarət sərgi keçirilib

A+ A

Bakı, 2 dekabr, AZƏRTAC

Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində 3 Dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş gənc əlillərin əl işlərindən ibarət sərgi keçirilib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi, əlillərin də daim dövlətin qayğısı ilə əhatə olunduğunu bildirib. Qeyd edilib ki, xüsusi qayğıya ehtiyacı olan bütün vətəndaşlar kimi, əlillərin də rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir.

Sonra Baş İdarənin rəisi Raqif Abbasov çıxış edərək əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamaları üçün zəruri tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.

Sonda 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində qeydiyyatda olan əlillər 5 sənət növü – tikiş, rəssamlıq, toxuma, ağac üzərində oyma və xalçaçılıq üzrə nailiyyətlərinə görə diplom və mükafatlarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.