CƏMİYYƏT
Gənc əsgərlər Vətənə sədaqət andı içiblər VİDEO
Cəlilabad, 10 avqust (AZƏRTAC). Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayonunun Göytəpə şəhərindəki “N” saylı hərbi hissəsinin təlim-tədris mərkəzində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə DSX rəisinin şəxsi heyət üzrə müavini, general-mayor Azad Ələkbərov, “N” saylı hərbi hissənin komandiri, polkovnik Mehman Yusifov və valideynlər çıxış edərək gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik ediblər.
Çıxışlarda ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da qazanılan uğurlardan danışılıb, sərhədlərimiz keşiyində duran əsgərlərə Vətənə sədaqətlə xidmət etmək, torpaqlarımızı göz bəbəyi kimi qorumaq tövsiyə olunub.
Sonra gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Şəxsi heyət hərbi marşın sədaları altında tribuna önündən keçib.
Sonda Azad Ələkbərov gənc əsgərlərin valideynləri ilə görüşüb.