MƏDƏNİYYƏT
Gənc estrada ifaçıları “Odlar ölkəsi” adlı konsert proqramı ilə çıxış edəcəklər
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 7-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında gənc estrada ifaçılarının “Odlar ölkəsi” adlı konserti keçiriləcək.
AZƏRTAC xəbər verir ki, konsert “Mədəniyyət” kanalının və “Azərbaycan” radiosunun təşkilatçılığı ilə reallaşacaq.
Konsertdə Sərxan Cəfərov, Şövqi Əmrahov, Nigar Xəlili, Tural Xəlilzadə, Şəfiqə Abbasova, Sevinc Cavadova, Səfa Eldar, Fərəh Həsənzadə, İradə Musayeva, Emin İsmayılov, Bəsti Qasımova, Leyla Əmrahova və digərlərinin ifaları dinləniləcək. Gənc müğənniləri Tofiq Əhmədov adına Estrada Simfonik Orkestrinin kiçik heyəti müşayiət edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [11:03]
Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib
- 28.03.2024 [11:00]
Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib
- 28.03.2024 [10:55]
“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb
- 28.03.2024 [10:50]
Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək
- 28.03.2024 [01:40]