MƏDƏNİYYƏT


Gənc estrada ifaçılarının “Odlar ölkəsi” adlı konserti

Bakı, 7 iyun, Z.Mansurova, AZƏRTAC

İyunun 7-də R.Behbudov adına Dövlət Mahnı Teatrında gənc estrada ifaçılarının “Odlar ölkəsi” adlı konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, konsert Azərbaycan televiziyasının “Mədəniyyət” kanalının və Azərbaycan radiosunun təşkilatçılığı ilə baş tutub.

Konsertdə Bakı Musiqi Akademiyasının, Milli Konservatoriyanın, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edib.

Konsert proqramında Sərxan Cəfərov, Şövqi Əmrahov, Nigar Xəlili, Tural Xəlilzadə, Şəfiqə Abbasova, Sevinc Cavadova, Səfa Eldar, Fərəh Həsənzadə, İradə Musayeva, Emin İsmayılov, Bəsti Qasımova, Leyla Əmrahova və digərləri çıxış ediblər.

Konsert boyu gənc müğənniləri Tofiq Əhmədov adına Estrada Simfonik Orkestrinin kiçik heyəti müşayiət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.