MƏDƏNİYYƏT


Gənc estrada ifaçılarının konserti olacaq

Bakı, 19 aprel, AZƏRTAC

Mayın 3-də Heydər Əliyev Sarayında “Odlar ölkəsi” adlı gənc estrada ifaçılarının konserti keçiriləcək.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə gənc və istedadlı estrada ifaçıları Zamiq Hüseynov, Emiliya Yaqubova, Fuad Musayev, Rilaya, Cəmilə Haşımova, Azad Şabanov, Eldar Qasımov, Səbinə Babayeva, Məryəm Şabanova, Dilarə Kazımova, Leyla Məmmədova, Şölə Səfərəliyeva, Nərmin Kərimbəyova, Mikayıl Rəfiyev, Cavid Məmmədov, Emil Əliyev, Aysel Məmmədova, Elvin Babaşov və Camal Eminli çıxış edəcəklər.

Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.