İDMAN


Gənc güləşçilərimiz dünya çempionatında iştirak edəcək

A+ A

Bakı, 26 avqust, AZƏRTAC 

Avqustun 30-dan sentyabrın 4-dək Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə, çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edəcək.

Çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Böyük məşqçi Şaban Donat, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında ölkəmizi Ziyad Zeynalov (50 kq), Nofəl Babayev (55 kq), Mikayıl Rəhmanov (60 kq), İslambek Dadov (66 kq), Zubair Dibirov (74 kq), İslam Abbasov (84 kq), Nizami Şəmilob (96 kq) və Həmzətxan İsrafilov (120 kq) təmsil edəcəklər.

Gənc qızların turnirində isə dörd güləşçimiz - Gülcahan Hacıyeva (48 kq), Səbinə Həmzəlzadə (51 kq), Şəbnəm Əhmədova (55 kq) və Elis Manolova (67 kq) yarışacaq.

Çempionatın son iki günündə mübarizəyə sərbəst güləşçilərimiz qoşulacaqlar. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərlik etdiyi heyətdə Əliabbas Rzazadə (50 kq), Əfqan Xaşalov (55 kq), Mahir Əmiraslanov (60 kq), Orxan Abbasov (66 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Umar İsrailov (120 kq) yer alıb.

Görüşlərin idarə edilməsinə Azərbaycandan beynəlxalq dərəcəli hakim Qərib Əliyev də cəlb olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.