İDMAN


Gənc həndbolçularımız Bolqarıstanda güclərini sınayacaqlar

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 12-dən 18-dək Bolqarıstanda inkişaf etməkdə olan ölkələr arasında kişi həndbolçuların ikinci çempionatı keçiriləcək.

Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, 15 ölkənin qatılacağı turnirdə Bolqarıstanla yanaşı Azərbaycan, Türkiyə, Albaniya, Andorra, Böyük Britaniya, İrlandiya, Moldova, Malta, Kipr, Gürcüstan, Kosta-Rika, Farer adaları, Lüksemburq və Ermənistandan olan komandalar yarışacaqlar.

16-24 yaşarası gənclərin mübarizə apardığı turnir Qabrova və Tarnova şəhərlərində keçiriləcək. Hər komandanın heyətində böyük yaş qruplarından üç həndbolçu iştirak edə bilər.

Qalib komandalar Beynəlxalq Həndbol Federasiyası tərəfindən təltif olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.