MƏDƏNİYYƏT


Gənc ifaçı Nərmin Kərimbəyova “jAzzeri Bands” adlı caz musiqi axşamında çıxış edəcək

A+ A

Bakı, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 22-də Heydər Əliyev Sarayında bir sıra gənc ifaçıların iştirak edəcəyi “jAzzeri Bands” adlı caz musiqi axşamı təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, musiqili gecə gənc ifaçı, “Səs Azərbaycan” müsabiqəsinin iştirakçısı Nərmin Kərimbəyova da qatılacaq.

Caz musiqisi həvəskarlarına möhtəşəm musiqi nömrələrinin təqdim olunacağı gecədə, gənc ifaçı biri-birindən maraqlı ifalar təqdim edəcək. Konsert çərçivəsində N.Kərimbəyovanın repertuarında Azərbaycan və ingilis dillərində bir sıra hit mahnılar səsləndiriləcək.

Həmçinin, konsertdə Azərbaycan caz musiqisi ilə yanaşı, dünya caz musiqi nömrələrinə də müraciət olunacaq.

Qeyd edək ki, konsert proqramı oktyabrın 22-dən 30-dək Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalı çərçivəsində reallaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.