CƏMİYYƏT


Gənc istedadla görüş keçirilib

Bakı, 10 avqust, AZƏRTAC

Xəbər verildiyi kimi, 12 Avqust - Beynəlxalq Gənclər günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatı və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclik həftəsi” layihəsi keçirir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, həmin layihə çərçivəsində istedadlı gənc Səbuhi Talıbovla görüş keçirilib. Görüşdə Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşları iştirak ediblər.

Görüş zamanı Səbuhi Talıbov öz yaradıcılıq fəaliyyəti və əl işləri barədə ətraflı məlumat verib, ölkəmizdə, eləcə də Binəqədi rayonunda gənclər siyasəti sahəsində görülən işlərdən və Bakı 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunları və bu il keçirilən IV İslam Həmrəyliyi Oyunları zamanı könüllü kimi iştirakından danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.