ELM VƏ TƏHSİL


“Gənc istedadlar” liseyində “son zəng” çalınıb

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində “son zəng” çalınıb.

AZƏRTAC xəbər verir ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov məzunları və onların valideynlərini təbrik edib, gənclərə uğurlar arzulayıb. Məzunların ölkəmizin inkişafı və çiçəklənməsi yolunda görülən böyük işlərin iştirakçılarına çevriləcəklərinə əminliyini bildirən rektor liseyin fəaliyyətindən danışıb, bu məktəbin yetirmələrinin dünyanın nüfuzlu universitetlərində təhsil aldıqlarını vurğulayıb.

Liseyin direktoru, professor Qasım Hüseynov təhsil müəssisəsinin 2016-2017-ci tədris ilində qazandığı uğurlardan söz açıb. Qeyd edilib ki, bu il liseyi bitirən 46 məzunun çoxu Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların ilk mərhələsində 600-dən çox bal toplayıb.

Sonra liseyin respublika, şəhər olimpiadalarında yer tutan şagirdlərə diplomlar verilib.

Valideyn və müəllimlər məzunları təbrik edib, onlara gələcək həyat və karyeralarında uğurlar arzulayıblar.

Tədbir bədii hissə ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.