ELM VƏ TƏHSİL
“Gənc istedadlar” liseyinin altı məzunu qızıl və gümüş medallara layiq görülüb
Bakı, 11 avqust, AZƏRTAC
Təhsil naziri Mikayıl Cabbarovun ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medallarla təltifi haqqında imzaladığı əmrdə Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin 6 məzunun da adı var.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, həmin məzunlardan Rəna Həsənzadə, Fərhan Namazov qızıl, Aysu Süleymanlı, Rəşid Behbudov, Ləman Qurbanova, Aqşin Qarayev isə gümüş medala layiq görülüblər.
Qeyd edək ki, ali məktəblərə qəbul imtahanlarında liseyin builki 50 məzunundan 24-ü 500-dən, 9-u isə 600-dən çox bal toplayıb. Onlardan 10-u təhsilini xarici ölkələrdə davam etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [14:55]
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
- 04.05.2024 [13:20]
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
- 04.05.2024 [12:36]
Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib
- 04.05.2024 [12:28]