CƏMİYYƏT


“Gənc jurnalistlərin Maraq klubu və hüquqi maarifləndirilməsi” layihəsinə qeydiyyat başlayıb

A+ A

Bakı, 30 avqust, AZƏRTAC

“Gənc jurnalistlərin Maraq klubu və hüquqi maarifləndirilməsi” layihəsinə qeydiyyat başlayıb.

AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi gənc jurnalistlər arasında əlaqələndirməni artırmaq, onların hüquqi maarifləndirilməsinə və peşəkarlıqlarının daha da yüksəldilməsinə töhfə verməkdir.

Həmçinin layihədə iştirak edəcək jurnalistlərə hüquqi mövzunun işıqlandırılmasındakı müasir meyillər barədə məlumat veriləcək, dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığın digər aspektləri müzakirə ediləcək. Eyni zamanda təlimdə Azərbaycanda qanunvericilik və onların təcrübədə tətbiqi ilə bağlı problemlərə, onları doğuran səbəblərə və bu problemlərin həlli yolları ilə əlaqədar məsələlərə də toxunulacaq.

Layihə müddətində gənc jurnalistlərin bir sıra dövlət orqanlarının mətbuat katibləri ilə görüşü də nəzərdə tutulub.

Üç gün davam edəcək layihədə iştirak etmək istəyən gənc jurnalistlər sentyabrın 5-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün link.

Qeyd edək ki, “Gənc jurnalistlərin Maraq klubu və hüquqi maarifləndirilməsi” Sona Tağıyevanın fərdi layihəsi olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “ASAN Könüllüləri” təşkilatının təşkilatı dəstəyi ilə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.