REGİONLAR
“Gənc jurnalistlərin internet təhlükəsizliyi” forumunun bağlanışı olub VİDEO
Gəncə, 31 iyul, AZƏRTAC
Gəncədə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) təşkilatçılığı ilə həyata keçirilən “Gənc jurnalistlərin internet təhlükəsizliyi” layihəsinin bağlanış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə ASGA-nın sədri Səbuhi Abbasov çıxış edərək layihənin icrası müddətində görülən işlərdən, eləcə də gənc jurnalistlərin maariləndirilməsinə, internet medianın sürətli inkişafı dövründə reallıqların düzgün işıqlandırılmasına xidmət edən məsələlərdən danışıb.
Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri çıxış edərək layihənin əhəmiyyətini vurğulayıblar.
Layihədə fəal iştirak edən jurnalistlərə diplom və sertifikatlar təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]