MƏDƏNİYYƏT
Gənc kinorejissorun “Kənarda” filmi nümayiş olunub
Bakı, 18 yanvar, Flora Şükürova, AZƏRTAC
“YARAT” Müasir İncəsənət Mərkəzində gənc kinorejissor Cavid Zaidovun ekranlaşdırdığı “Kənarda” qısametrajlı filmi nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Cavid Zaidov gələn qonaqları salamlayaraq ekran əsəri barədə qısa məlumat verib.
Sonra film nümayiş olunub.
15 dəqiqəlik ekran əsəri 1912-ci ildə Cənub qütbünə səfər edən Britaniya ekspedisiyasının son günlərindən bəhs edib. Dörd nəfərlik ekspedisiyanın rəhbəri Robert Skottdur. Onlar Antarktidanın sonsuz səhrasında çətinliklərlə mübarizə aparırlar. Tədqiqatçılardan biri - ciddi zədə almış və donmuş Titus Uots mənəvi seçim qarşısındadır...
Sonda qonaqların suallarını cavablandıran rejissor belə filmlərin davamlı olacağını qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]