MƏDƏNİYYƏT


Gənc kulinarlar mükafatlandırılacaq

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

Noyabrın 18-də “Xanədan” etno-restoranında gənc kadrların hazırlanması məqsədilə təşkil olunmuş 10 günlük usta dərslərinin nəticələr müzakirə ediləcək.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşəbbüsü, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin təşkilatçılığı, “Azərsun Holding”, “ Qoç ət” və “Qəbələ quşçuluq” fabrikinin sponsorluğu ilə Bakı Turizm Peşə Məktəbində və 5, 12, 18 nömrəli Bakı Peşə liseylərində Ümumdünya Kulinariya Təşkilatının təhsil komitəsinin işinin tələblərinə uyğun gənc kadrların hazırlanması məqsədilə keçirilən dərslərin nəticələri açıqlanacaq.

Tədbirdə gənc aşpazlara, iştirakçılara diplomlar və sponsorlar tərəfindən hədiyyələr təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.