CƏMİYYƏT


“Gənc marketoloqlar məktəbi” layihəsi başa çatıb

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkilati dəstəyi ilə reallaşan “Gənc marketoloqlar məktəbi” layihəsinin son təlimi və bağlanış mərasimi olub.

YAP GB-dən AZƏRTAC-a bildiriblər ki, tədbiri açan layihə rəhbəri Mehdi Mehdili layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, layihə ərzində ümumi marketinq anlayışı, marketinqin əsasları və marketinq planın yazılması, klassik marketinq və müasir marketinq, bazar araşdırması (SWOT analizi) mövzularında təlimlər və praktiki oyunlar keçirilib. Təlimlər fəal müzakirələr şəraitində keçib və iştirakçılar bir çox ideyalar təklif ediblər. Sonuncu təlimdə təlimçi Arzu Qafarlı “Bazar araşdırması (SWOT analizi) mövzusunda iştirakçılara təlim keçib və müzakirələr aparılıb.

Daha sonra YAP GB-nin ofis rəhbəri Əli Pənahov layihə haqqında fikirlərini bölüşüb. O, iştirakçılara layihə ərzində əldə olunan bilikləri gələcək işlərində tətbiq etmələrini tövsiyə edib.

Sonda isə iştirakçılara sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.