MƏDƏNİYYƏT


Gənc mədəniyyət işçiləri arasında növbəti debatlar

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Zaqataladakı Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə gənc mədəniyyət işçiləri arasında növbəti debatlar təşkil olunub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Zaqatala, Qax və Balakən rayonlarının gənc mədəniyyət işçiləri iştirak edib. Debatın əsasən “Mənim peşəkar mədəniyyət işçisi olmağıma mane olan səbəblər” mövzusunda müzakirələr aparılıb.

Tədbiri açan rayon mədəniyyət və turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva iştirakçıları salamlayaraq mədəniyyət sahəsində rayonda görülən işlər barədə məlumat verib və daha böyük uğurlara nail olunmasında gənclərin rolunu qeyd edib.

Ölkəmizdə aparılan mədəniyyət siyasətinin xüsusiyyətlərini və strateji prioritetlərini bildirən mərkəzin direktoru Asif Usubəliyev mədəniyyət işçilərinin peşəkarlıq dərəcəsinin artırılmasının zəruriliyini vurğulayıb.

Debatlarda gənc mədəniyyət işçiləri öz fəaliyyətində rastlaşdıqları çətinlikləri qeyd edib və onların həlli istiqamətində hər bir gənc mədəniyyət işçisinin fərdi qaydada peşəkarlıq keyfiyyətlərinə yiyələnməsinin zəruriliyini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.