İQTİSADİYYAT


Gənc memarların və tələbələrin müsabiqəsinin qalib layihələri “Leonardo 2017” müsabiqəsinə təqdim olunacaqlar

Bakı, 28 iyul, Ramiz Quliyev, AZƏRTAC

Gənc memarların və tələbələrin 4-cü Respublika Müsabiqəsində qalib gələn layihələr Minskdə keçirilən “Leonardo 2017” müsabiqəsinə təqdim olunacaqlar. Birinci yeri tutan memar isə Azərbaycanı təmsil edəcək.

Bunu gənc memarların və tələbələrin 4-cü Respublika Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində AZƏRTAC-a müsahibəsində “Gənc memarlar və tələbələr klubu”nun prezidenti Şeyda Novruzzadə deyib. O bildirib ki, münsiflər heyəti gənc memarların layihələrini qiymətləndirərkən, əsasən innovasiyalar və milli memarlığa üstünlük verib.

Ş. Novruzzadə, həmçinin əlavə edib ki, müsabiqənin bütün iştirakçılarının layihələri “Gənclik” ticarət mərkəzində ictimaiyyətə təqdim olunacaq. Burada açıq sərgi təşkil ediləcək və istedadlı gənc memarlarımızın layihələri ilə daha yaxından tanış olmaq üçün münbit şərait yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.