CƏMİYYƏT


Gənc meşəçilər müsabiqədə xüsusi mükafatlara layiq görülüblər

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC 

Azərbaycanın gənc meşəçiləri Sankt-Peterburq şəhərində keçirilən XIII beynəlxalq gənc meşəçilər müsabiqəsində iştirak ediblər.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Rusiya Federasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Federal Meşə Təsərrüfatı Agentliyinin dəvəti ilə reallaşan müsabiqədə dünyanın 27 ölkəsindən 49 məktəbli və tələbə iştirak edib.

Müsabiqədə Azərbaycanı təmsil edən gənc meşəçilərin V respublika müsabiqəsinin qalibləri ekoloji problemlərin həllinə həsr olunan layihələrini təqdim ediblər.

Gənc meşəçilər Ermənistanın hərbi təcavüzü nəticəsində Qarabağın sərvətlərinə və ekologiyasına vurulan zərərlərdən danışıblar.

Yekunda münsiflər heyətinin qərarı ilə Azərbaycanın gənc meşəçiləri beynəlxalq müsabiqənin diplomları və medallarla mükafatlandırılıblar.

İştirakçıların Sankt-Peterburq şəhərinin tarixi yerlərinə, Sankt-Peterburq Meşə Texniki Universitetinə ekskursiyaları da təşkil edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.