MƏDƏNİYYƏT


Gənc müğənni “YARAT” Müasir İncəsənət Mərkəzində konsert proqramı ilə çıxış edib

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC

“YARAT” Müasir İncəsənət Mərkəzində gənc müğənni, “Səs Azərbaycan” yarışmasının iştirakçısı Samirə Əfəndiyeva konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, mərkəzin təşkilatçılığı ilə baş tutan konsert proqramı sənət ocağında açılmış iki yeni sərgi münasibətilə təşkil olunub.

“Musiqi axşamları” adlı konsertdə müğənni repertuarında bir-birindən maraqlı və rəngarəng musiqi nümunələri təqdim edib. Bu dəfə canlı musiqi gecəsinin qonağı Əməkdar Artist, müğənni Tünzalə Ağayeva olub. Müğənnilər müxtəlif musiqi nömrələri ilə eyni səhnəni bölüşüblər.

Konsert proqramı maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.