MƏDƏNİYYƏT


Gənc musiqiçilərimiz Brüsseldə keçirilən festivalda ölkəmizi layiqincə təmsil edirlər

A+ A

Bakı, 27 iyul, AZƏRTAC 

Brüsseldə keçirilən “Musica Mundi” beynəlxalq kamera musiqisi festivalında iştirak edən Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Qara Qarayev adına mərkəzi incəsənət məktəbinin şagirdləri ölkəmizi layiqincə təmsil edirlər.

İdarədən AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində “Musica Mundi”nin bədii rəhbəri, görkəmli skripkaçı Maksim Venqerovun konsertindən sonra təmsilçilərimiz İrvi Qitlis, Leonid və Xaqit Kerbellər, Aleksandr Qavrilyuk kimi dünya şöhrətli musiqiçilərin ustad dərslərində iştirak ediblər.

Həmçinin, gənc musiqiçilərimiz “Château du Lac”da baş tutmuş konsertdə festival proqramına daxil olan əsərləri səsləndiriblər.

Qeyd edək ki, iyulun 31-dək davam edəcək festivalın əsas məqsədi dünyanın müxtəlif ölkələrindən olan 10-18 yaşlı gənc istedadların öz bacarıqlarını nümayiş etdirməsidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.