İQTİSADİYYAT
Gənc mütəxəssislər “SOCAR Methanol”da təcrübəyə başlayıblar
Bakı, 31 iyul, Nihad Budaqov, AZƏRTAC
“SOCAR Methanol” MMC-nin idarəçiliyi altında olan metanol zavodunda Yay Təcrübə Proqramı çərçivəsində gənc mütəxəssislər təcrübəyə başlayıblar.
MMC-dən AZƏRTAC-a bildirilib ki, bu mərhələdə metanol zavodunda altı nəfər 3-cü və 4-cü qrup tələbələri olan gənc mütəxəssislər zavodun əsas istehsalat, köməkçi istehsalat və mexanika şöbələrində özlərini sınamaq üçün işə cəlb olunublar. Proqrama qatılan tələbələr arasında xaricdə təhsil alan həmyerlilərimiz də var. “SOCAR Methanol” MMC ilə ödənişli müqavilə bağlayan gənc mütəxəssislər dərs ili başlayana qədər metanol zavodunda təcrübə keçəcəklər.
Qeyd edək ki, metanol zavodunda Yay Təcrübə Proqramı çərçivəsində iştirak edən tələbələr “SOCAR Methanol” MMC və “SOCAR Polymer” MMC arasında imzalanmış memoranduma əsasən cəlb olunurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]